Tədqiqatçı

İşin təsviri

İş təcrübəsi: Müxtəlif biznes sahələrini əhatə edən səs texnologiyaları həlləri

Tələb olunan biliklər

• Riyaziyyat və ya İnformasiya texnologiyaları üzrə Bakalavr dərəcəsi
• Differensial hesabı, Xətti Cəbr, Ehtimal nəzəriyyəsi və Riyazi statistika üzrə baza biliklər
• Python
• Texniki ingilis dili bilikləri
• Pytorch və ya Tensorflow framework
• Maşın öyrətməsi və Neyron şəbəkələr üzrə baza biliklər
• Riyaziyyat və ya İnformasiya texnologiyaları üzrə akademik işlər və ya elmi dərəcə üstünlükdür
• Dil texnologiyalar (NLP) üzrə biliklər üstünlükdür
• Siqnal işlənməsi üzrə biliklər üstünlükdür
• Java, C, C++ üzrə biliklər üstünlükdü

İş şəraiti

• Müasir tələblərə cavab verən ofisdə işləmək imkanı
• 5/2 iş həftəsi, istirahət günləri şənbə/bazar
• İş saatları: 09:00-dan 18:00-dək
• Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Vəzifə öhdəlikləri:

Dil texnologiyalar üzrə
• Son tədqiqatları və layihələri araşdırmaq
• Yeni texnologiyalar qurmaq
• Mövcud texnologiyaları inkişaf etdirmək

Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Tədqiqatçı” qeyd edərək CV-ni [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.