İT təcrübə proqramı

İşin təsviri

Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil (İT istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
• Analitik düşüncə qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, dəqiqlik;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Gülərüzlülük, səbirlilik və məqsədyönümlülük;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

“İT təcrübə” qroqramına necə qoşulmaq olar?

• CV-nizi [email protected] ünvanına 25 avqust tarixinədək göndərmək;
• Emailin mövzu hissəsində proqramın adını “İT təcrübə” qeyd etmək.

Öz bilik və təcrübəmizi Sizinlə bölüşmək arzusu ilə...

İşəgötürənin reytinqi