Təchizat və satınalma mütəxəssisi

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 27.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bilavasitə tabeçiliyi: Departament direktoru / şöbə meneceri

Vəzifə öhdəlikləri:

- Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
- Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
- Tenderlərin təşkilində iştirak etmək
- Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
- Satınalma prosesində təhlükəsizliyi, keyfiyyəti və qaydalara uyğunluğunu təmin etmək
- Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
- Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
- Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
- Malların yenilənmələri və təfərrüatları ilə bağlı təchizatçılarla sifarişçilər arasında əlaqə qurmaq
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
- Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
- Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
- Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
- Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
- Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərini ( Bids Summary ) təqdim etmək
- Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılmasını təmin edir
- Struktur daxili müvafiq hesabatların hazırlanmasını, rəhbərə təqdim edilməsini və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsini təmin edir
- Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir
- Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır
- Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

- Ali təhsil
- Layihələrin idarə olunması bacarığı
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi
- Yüksək MS office (Excel) bilikləri
- Yüksək səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv

Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Təchizat və satınalma mütəxəssisi” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi