Sosial Pedaqoq

İşin təsviri

PROFİLİNİZ:

• Pedaqoji sahə üzrə orta ixtisas/ali təhsil;
• Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Uşaq psixologiyası üzrə bilik;
• İlkin tibbi yardım bacarıqları;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Yüksək kommunikasiya bacarıqları;
• Kompüter biliyi (MS Office);
• Azərbaycan dili biliyi. Rus dili biliyi arzu olunandır.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Qayğıda olan hər bir uşaq üçün sağlam və mühafizə olunmuş mühit yaratmaq;
• Qayğıda olan uşaqların təhsilinə və fərdi inkişafına dəstək vermək;
• Uşaqlar üçün asudə vaxtın təşkili və sosial inteqrasiya fəaliyyətini inkişaf etdirmək;
• Hər bir uşağın fərdi inkişaf planı əsasında hərtərəfli inkişaf etməsini təmin etmək;
• Hər bir uşağın fərdi inkişaf planının qiymətləndirilməsi prosesində yaxından iştirak etmək;
• Layihənin davamlı monitorinqi və qiymətləndirmə prosesində iştirak etmək;
• Qayğıda olan hər bir uşağın bioloji ailəsi ilə münasibətlərin saxlanılmasına dəstək göstərmək və tərbiyə prosesində bioloji ailələri əməkdaş kimi qəbul etmək;
• Qayğıda olan hər bir uşağın icmanın xidmət vasitələrindən istifadə etməsinə dəstək olmaq (idman dərnəkləri, tibbi müəssisələr, təhsil müəssisələri və s.);
• Layihənin iş qrafikinə uyğun olaraq növbəli işləmək;
• Növbəli əsaslarla uşaqlarla birgə gecələmək.

İŞ ŞƏRTLƏRİ:

• Ünvan: Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 27A, AZ1121 (Xətai Rayon Polis idarəsinin, 257 saylı məktəbin yaxınlığı, Həzi Aslanov metrosu yaxınlığı)
• 300-360 AZN (vergilər daxil) əmək haqqı;
• Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla);
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı

TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 10 Avqust 2021-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/KQE_Sosial Pedaqoq” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!