İşin təsviri
Öhdəliklər
- Zivella mərkəzi marketinq komandası ilə koordinasiyalı şəkildə Bakı bölgəsi üçün illik marketinq planlarını hazırlamaq,
- Sosial media hesablarını idarə etmək; kontent planlarını mərkəzlə birlikdə hazırlamaq, paylaşımları izləmək və hesabatlandırmaq,
- Rəqəmsal kampaniyalar, sponsorluqlar və əməkdaşlıqlar üçün mərkəzdən göndərilən brifləri yerli bazara uyğunlaşdırmaq,
- Vizual kontent, dizayn və kommunikasiya materialları ehtiyacları üçün mərkəz dizayn komandası ilə işləmək,
- Mağaza daxili tədbirlər, lansmanlar və memar/müştəri görüşlərini təşkil etmək,
- Marketinq fəaliyyətləri ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və mərkəzə geribildirim vermək.
Tələb Olunan Keyfiyyətlər
- Marketinq, Kommunikasiya, PR və ya əlaqəli sahələr üzrə bakalavr təhsili,
- Sosial media idarəçiliyi və rəqəmsal marketinq sahəsində minimum 3 il təcrübə,
- Azərbaycan,Türk və Rus dillərini səlis bilmək; İngilis dili bilikləri üstünlükdür,
- Dizayn alətlərinə (Canva, Photoshop və s.) bələd olmaq,
- Güclü kommunikasiya bacarığı, komandada işləməyə uyğun, yenilikçi düşüncə tərzinə sahib,
- Brend mədəniyyətini mənimsəyə bilən, estetik və detallara diqqət edən.
İş şərtləri
- İş günləri və saatları: Həftə içi 5 gün, 09:00–18:30
- İstirahət günləri: Şənbə və Bazar
- Əmək haqqı: 1000–1200 AZN
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.