Geodeziya mühəndisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 27.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş Bacarığı:

- Müəssisənin geodeziya xidmət sahəsinə texniki və metodiki işlərini həyata keçirir;
- Bina və qurğuların, layihələrə uyğun dəqiq nişanlanmaşını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədi ilə, kompleks geodeziya işlərini yerinə yetirir;
- Layihədəki dəyişikliklər və ya hər hansı səbəblərdən meydana gələn xətaların aradan qaldırılması üçün layihədə düzəlişləri etməlidir;
- Tikinti-quraşdırma işlərinin layihəyə uyğunluğunun təmin edilməsi;
- Tikinti sahəsində görülən işlərə nəzarət edir və daha məsuliyyətli və ciddi geodeziya işlərinin icrasında birbaşa iştirakını təmin edir;
- Sifarişçi, Podratçı və Subpodratçıdan geodeziya işlərinin təhvil-təslimini həyata keçirir;
- Ölçmənin dəqiqlik həddini şərh edən standartlar fondunu və başqa sənədlərə tətbiq olunması texniki sənədlərin nizama salınması, tərtibi qaydalarını bilmək;
- Geodeziya ölçmə işlərinin nəticələrinin riyazi hesablanması və layihəninn verilmiş planına uyğun kodlaşdırma işinin doğruluğnda məsuliyyət daşıyır;
- İşlərinin icrasında əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə üzrə norma və qaydaları.

Tələb olunan təhsil və biliklər:

- Müvafiq sahə üzrə ali təhsil;
- Geodeziya mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Geodeziya işlərinin icrası üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini, digər istinad edilən rəhbər tutulan metodiki və normativ sənədləri;
- Geodeziya alətlərini və onların istismar olunma qaydalarını;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olamlı. (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Microsoft Office və AutoCad proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
- Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45
- Əmək haqqı: Təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “Geodeziya mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.