İcra edəcəyi iş:
• Korporativ və Dövlət layihələri üçün tikinti materiallarının, havalandırma sistemlərlərinin, kondisionerlərin, izolyasiya sistemlərinin satışının həyata keçirilməsi;
• Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
• Bazarın araşdırılması, biznes inkişaf planının tərtib olunması və həyata keçirilməsi;
• Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
• Görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
• Gündəlik, aylıq, illik satış barədə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Namizədə dair tələblər:
• Müvafiq sahə üzrə ali təhsil
• Bu sahədə minimum 1 il iş təcrübəsi
• Azərbaycan və rus dilində səlis danışıq
• Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq
• Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı
• Təşəbbüskar qərar qəbul etmə bacarığı stressə davamlı
İş şəraiti:
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı – 800-1000 AZN (maaş + bonus sistemi)
• İş rejimi: 09:00-dan 18:00-dək (1-5-ci günlər)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “Korporativ satış meneceri” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.