Elektrik üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 25.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Layihənin elektrik bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
- Elektrik layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
- Elektrik işləri üzrə subpodratçı şirkətin icra etdiyi işin keyfiyyətinə nəzarət etmək;
- Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
- Layihə şirkətlərindən təhvil alınan elektrik layihələrinin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və birbaşa rəhbərinə bildirmək;
- Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
- Tikinti sahəsində elektrik işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
- Elektrik avadanlıqlarının və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
- Elektrik sistemlərinin quraşdırılması və onların testini idarə etmək;
- Yeni layihələrə cəlb olunduqda elektrik sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
- Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
- Elektrik işləri üzrə iş metodunu, İTP; MAR hesabatı və s. KN sənədlərini hazırlamaq, digər şirkətlər tərəfindən təqdim olunmuş KN sənədlərinin yoxlanılması, uyğunsuzluqların aşkar olunması və KN menecerinə aşkar olunmuş uyğunsuzluqlar barədə məlumat vermək və həlli barədə təkliflər irəli sürmək;
- KN menecerinin tapşırıqlarını icra etmək və hesabat vermək;
- Elektrik işləri üzrə texniki hesabatları yerinə yetirmək.

Namizədə olan tələblər:

- Elektrik mühəndisiliyi ixtisası üzrə ali təhsil;
- Elektrik üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Müəssisənin keyfiyyət menecmenti sistemi İSO standart tələbləri;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- MS Office, AutoCad əla səviyyədə bilməli;
- Yüksək səviyyədə texniki biliklərinin olması;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları;
- İşgüzar ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-55
- Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Elektrik üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.