SMM mütəxəssis

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 14.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

• Ali təhsil ( Satış və Marketinq ixtisası arzu olunandır);
• Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini bilənə üstünlük veriləcək;
• Sosial media sahəsində minimum 3 il iş təcrübəsi;
• Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və kreativlik bacarığı;
• Planlama və təşkilatçılıq bacarığı;
• Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik;
• Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
• Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
• Google Ads, Google Analytics-də işləməyi bacarmalı;
• SEO və SEM üzrə biliklər;
• Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;
• Facebook, Linkedln, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator);

Vəzifə öhdəlikləri:

• Sosial media hesabları və platformaları (Facebook, Instagram və s.) ilə işləmək;
• Həftəlik və aylıq kontentin hazırlanması (foto, video, mətn) və sosial mediada paylaşılmasını təmin etmək;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuları cavablandırmaq;
• Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi;
• Bazarın və rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili;
• Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq;
• Reklam nəticələrinin analiz olunması və aylıq hesabatların verilməsi;
• Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq.

İş Şəraiti:

• İş qrafiki: 5 günlük iş qrafiki - 09:00 - 18:00
• Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “SMM mütəxəssis” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.