Kredit proseslərinin inkişafı şöbəsinin mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Bankdaxili prosesləri izləmək, təhlil etmək və onların təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
• Texniki tapşırığın hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
• Bankın İT bölməsi, biznes departamentləri və vendorlar ilə effektiv ünsiyyət qurmaq;
• Təkmilləşdirilməsinə ehtiyac olan prosesləri müəyyən etmək və araşdırmanın nəticəsi barədə hesabat təqdim etmək;
• Layihələrin keyfiyyəti, zamanı, büdcəsi və risklərinə nəzarət etmək;
• Layihə və texniki sənədləşməni aparmaq;
• Şöbənin fəaliyyəti ilə bağlı daxil olan müxtəlif məzmunlu sorğuları cavablandırmaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Minimum 1 il bank sahəsində (əsasən kredit sahəsi üzrə) təcrübənin olması arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri arzuolunandır;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Yüksək səviyyədə ünsiyyət qurmaq qabiliyyəti;
• Təhliletmə qabiliyyəti;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 iyul 2021-ci il tarixinədək email-in mövzu hissəsində Kredit proseslərinin inkişafı şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi