Memar

  • PAY Group
  • Elanın qoyulma tarixi: 12.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şəhər: Bakı

Məşğulluq: Tam iş

Əmək haqqı: Razılaşmaq olar

Daxili dizayn məhsullarının showroom-u (giriş və otaq qapıları və aksesuarlar, parket, divar kağızı və s.) "Memar" vəzifəsinə xanımların işə qəbulunu elan edir.

Tələblər:

~ Memarlıq sahəsində ali təhsil
~ Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
~ Dillər (səviyyə): Azərbaycan, Rus - səlis; Ingilis - arzu olunandır.
~ Kompüter bilikləri: AutoCad, SketchUp, Archicad, 3D MAX və Photoshop;

Vəzifələr:

~ Layihələr üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
~ Tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
~ İşlərin yüksək HSSE (health, safety, security and environment)
tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
~ Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
~ Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İş şəraiti:

• İş qrafiki: Həftənin 5 günü: 10:00-dan 19:00-dək
• Şənbə və bazar qeyri iş günüdür
• Nahar şirkət tərəfindən təmin olunur
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

~ Sınaq müddəti 2 həftə;

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi [email protected] e-mail ünvanına göndərəsiniz.