KOS (SME) satışlar şöbəsi üzrə mütəxəssis/ aparıcı mütəxəssis / baş mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 11.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
• Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
• SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər:

• Maliyyə, iqtisadiyyat, bankçılıq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
• Səlis Azərbaycan dili (Rus və/ və ya İngilis dili biliyi arzuolunandır);
• Ünsiyyət və əlaqələr qurmaq qabiliyyəti;
• Yüksək səviyyədə satış etmək bacarığı;;
• Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.

Təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızda qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi