Kiçik Korporativ Hüquqşünas / Junior Corporate Lawyer

  • Grand-Agro LLC
  • Elanın qoyulma tarixi: 05.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vəzifə öhdəlikləri

• Müxtəlif növ müqavilələrin, Müqaviləyə əlavələr, əlavə razılaşmalar və dəyişikliklərin hazırlanması və ekspertizasında iştirak
• Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi
• Müqavilənin icrası ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edilməsi
• Müqavilə və əlavələrinin xitamı, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət edilməsi.
• Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində aşkar olunan hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsində iştirak
• Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak edilməsi, hüquqi sorğuların cavablandırılması
• Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək;
• Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək
• Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;

Tələblər

• Təhsil : Təhsil – Ali ( hüquq, beynəlxalq hüquq)
• Təcrübə: Əlaqədar sahədə minimum 1 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• İT üzrə biliklər: MS Office (xüsusilə MS Word yüksək səviyyədə)
• Texniki Bacarıqlar
• Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, Əmək, Vergi və İnzibati Xətalar Məcəlləsi üzrə biliklər
• Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər

Biliklər

• Səhiyyə işinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar
• Gigiyenanın və səhiyyənin təşkilinin nəzəri əsasları
• Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinin əsasları


Səriştəlik

• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini aşağıdakı linkə daxil olaraq göndərmələri xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/559-kicik+korporativ+huquqsunas.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

 

İşəgötürənin reytinqi