Mühasib

  • Grand-Agro LLC
  • Elanın qoyulma tarixi: 04.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• Pul vəsaitlərinin, mal – material ehtiyatlarının, kreditorlar üzrə əməliyyatların, əsas vəsaitlərin, azqiymətlilərin uçotunun aparılması
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edilməsində iştirak,
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Şirkətə gələn malların alış sənədləri əsasında yoxlanılıb proqrama daxil olunmasına nəzarət edilməi
• Şirkət adından ödəmə aparılarkən ödəmə sifarişlərinin və digər sənədlərin online banking sistemində hazırlanması
• E-Qaimələrin tərtib olunması və göndərilməsi
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılmasında iştirak;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak

Tələblər

• Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
• Təcrübə: Minimum 1-3 il
• Sertifikatlar: ACCA ( F2, F3,)
• Dil bilikləri: Azərbaycan Dili ,
• İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)

Texniki Bacarıqlar

• Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
• Mühasibat uçotu hesablar planı
• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
• Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı
• Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları

Səriştəlik

• Təşəbbüskarlıq və məsuliyyətlilik
• İntizamlılıq və nəticəyə köklənmə
• Açıq fikirli və problemi həll etmə bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Düzgünlük və dəqiqlik
• Detallara fikir vermə
• Prosedur və qaydalara riayət etmək

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi