Satınalma üzrə mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

• Ali təhsilli olmalıdır,
• Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır,
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
• Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir.

Əsas vəzifə öhdəlikləri:

• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
• Bölmələr tərəfindən edilən tələbləri prosedurlara görə hazırlayıb təklif toplama mərhələsinə gətirməyi təmin etmək.
• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar ilkin sənədləşmələrin və müqavilələrin hazırlanmasını təmin etmək.
• Satınalma əməliyyatını aidiyyatı prosedurlara uyğun olaraq hazırlamaq və sifarişləri nəzarətdə saxlamaq.
• Satınalma hesabatlarının və sənədlərinin hazırlanmasını təmin etmək.
• Gələn malların qaimələrini qeydiyyata alır, onları yoxlayır və lazımi qeydləri edir;
• Qaimələrlə satınalma sifariş formasını üzləşdirir və daxil olan qaiməyə müvafiq sənədləri əlavə edir;
• Satınalma hesabatlarının və sənədlərinin hazırlanmasını təmin edir;
• Malların xaricdən daşınmasını təmin edir;
• Yüklərin sənədlərinin düzgünlüyünün yoxlanması və gömrükdə təhvil verilməsini təmin edir;
• Vəzifəsinə uyğun olaraq rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.

Əsas təminatlar:

- Nahar (Əgər zavod ərazisindəki hoteldə qalacaqsa gündə 3 dəfə yeməklə təmin olunur),
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

E - mail : [email protected] . Mövzu hissəsində " Satınalma üzrə mütəxəssis " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.