Biznes analitik

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Qurumun biznes proseslərinin öyrənilməsi, təhlili və optimallaşdırılması;
• Yaradılacaq informasiya sistemləri üçün texniki tapşırıqların hazırlanması;
• Biznes proseslərin texniki sənədinin (use case) hazırlanması;
• İnformasiya sistemlərində KN (keyfiyyətə nəzarət) alətlərini müəyyən etmək;
• Məhsulun keyfiyyətlə hazırlanmasına nəzarət etmək;
• Xidmətin İT Mərkəzi, digər qurumları və digər maraqlı tərəflərlə ünsiyyətin qurulması;
• Layihələrin keyfiyyətinə, zamanına, büdcəsinə və risklərinə nəzarət etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
• İş təcrübəsi: biznes analitikası, texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə ən azı 2 il;
• Dil bilikləri: Azərbaycan dili (əla); Rus və ya İngilis dilləri arzuolunandır;
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən digər vakansiyalar