İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri: 
	- Layihəyə dair  müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;
 
	- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri ilə razılaşdırılması;
 
	- Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
 
	- Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;
 
	- Funksional və qeyri-funksional tələblərin formalaşdırılması;
 
	- Səhifə eskizlərinin hazırlanması;
 
	- Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
 
	- Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması;
 
	- İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
 
	- Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “tapşırıqlar hovuzunun” formalaşdırılması;
 
	- Layihəyə dair ümumi icra planının hazırlanması və  milestone-larin müəyyən edilməsi;
 
	- Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
 
	- Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
 
	- Gündəlik SCRUM görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
 
	- Hazırlanan səhifə və funksionallıqların ilkin testinin aparılması;
 
	- Təlimlərin verilməsi;
 
	- Təqdimatların hazırlanması;
 
	- İstifadəçi təlimatlarının hazırlanması.
 
Tələblər:
	- Ali təhsil (Biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);
 
	- Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
 
	- Operativ qərarvermə bacarığı və punktuallıq;
 
	- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
 
	- BPMN və UML diaqramları ilə iş təcrübəsi;
 
	- Eskiz (wireframe) tərtbibatı alətləri ilə iş təcrübəsi;
 
	- Task management alətləri ilə iş təcrübəsi (Jira, Azure Boards, Redmine və s.)
 
	- SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
 
	- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyə Excel biliyi üstünlükdür);
 
	- Təməl səviyyə API və SQL bilikləri;
 
	- Təməl səviyyə UI/UX bilikləri;
 
	- Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki) | Rus dili arzuolunandır;
 
	- Proqram təminatı layihələrində minimum 2 il biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
 
	- Proqram təminatının hazırlanması mərhələləri və onlara dair biliklər;
 
	- Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
 
	- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.
 
Sizə nə təklif edirik?
	- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
 
	- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
 
	- Əlverişli iş mühitində çalışmaq imkanı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.