Backend senior developer

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Yeni veb layihələr üzərində çalışmaq
  • Mövcud veb layihələri inkişaf etdirmək
  • Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq
  • Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
  • Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı
  • Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  • Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
  • Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
  • Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
  • Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
  • Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
  • Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
  • Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
  • İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 4 ildən çox təcrübəsi olması mütləqdir;
  • Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (əla);
  • OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
  • Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
  • C#, .NET Core, (və ya Java, Spring Boot), REST, MVC, SQL, Python, git;

Arzu olunan tələblər:

  • Docker, Kubernetes mühitlərində işləmə təcrübəsi;
  • Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
  • Agile metodologiyaları biliyi;
  • CI/CD proseslərinin qurulması təcrübəsi;
  • Avtomatlaşdırılmış testlər yazma bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 fevral 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Backend senior developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən digər vakansiyalar