Marketinq və Biznesin İnkişafı Departamentinin Direktoru

  • Air Group
  • Elanın qoyulma tarixi: 28.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər

• Ali təhsil
• Yaş həddi: 30-40;
• Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
• Kollektivlə ünsiyyət qurma bacarığı
• Stresə davamlı
• Səliqəli və ciddi xarici görünüş
• Azərbaycan , ingilis dillərini mükəmməl səviyyədə, rus dilini yaxşı səviyyədə bilməli.
• Marketinq sahəsində min 5 il təcrübə
• Xaricdə iş təcrübəsi üstünlükdür.

İş barədə məlumat

• Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməlidir;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etməlidir;
• Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməlidir;
• Marketinq strategiyasını hazırlamalı, konsepti formalaşdırmalıdır;
• Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
• Marketinq planı və büdcəsini hazırlamalıdır;
• Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilini aparmalıdır;
• Müştəri bazasını genişləndirməlidir;
• Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməlidir;
• Kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat hazırlanmalıdır;
• Şöbələrin inzibati və funksional layihələrini hazırlamalı və tədbiq edilməsinə nəzarət etməlidir;

Əlavə məlumatlar:

• Əmək haqqı: müsahibə əsasında
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Marketinq direktoru” sözlərini qeyd edərək [email protected] e-mail ünvanına göndərsinlər.