Təchizat sektorunun mütəxəssisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 24.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək;
• Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi təşkil etmək;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
• Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək;
• Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək;
• Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini.
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və 1C 8.3 proqramlarıni bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil.
• Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi