Smeta Mühəndisi

İşin təsviri

Vəzifə Öhdəlikləri:

• Tender Çizgiləri və texniki tələblərə uyğun olaraq BOQ hazırlanması ;
• Faktiki çizgilərə əsasən ölçülərin verilməsi;
• Tender zaman gələn texniki məlumatların yoxlanılması
• Layihə ilə bağlı proqresin sənədləşdirilməsi və çatışmayan sənədlər barəsində rəhbərə məlumat verilməsi?;
• Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
• Tender sənədlərinin hazırlanması və Tenderin keçirilməsinə birbaşa iştirak;
• Texniki iclaslarda iştirak , mövcud problemlərin müzakirəsi və həlli istiqamətində addımların atılması ;
• Digər iş növləri ilə koordinasiyanın edilməsi ;
• Mexaniki işlərlə bağlı smetanın hazırlanması , işçi qüvvəsi və material hesabatı hazırlanması
• Subpodratçılar və Sifarişçi ilə mübahisəli mövzuların müzakirəsi və həlli
• Layihəçi ilə BoQ , spesifikasiya və cizgilərdə olan uyğunsuzluqların aydınlaşdırılması
• İPC lərin hazırlanması və yoxlanılması

Namizədə dair tələblər:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.
• Müvafiq qanunvericilik aktları və normalarını bilməsi
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;

Uyğun namizədlərdən əmək haqqı tələbləri göstərilməklə [email protected] elektron ünvanına mövzu yerinə “Smeta üzrə Mühəndis” yazaraq CV göndərmələri xahiş olunur.