Satınalma üzrə mütəxəssis

  • Grand-Agro LLC
  • Elanın qoyulma tarixi: 20.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili
- Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək
- Görülən işlərin təhvil təslim aktının hazırlanması,
- Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək
- Alışların ümumi məlumatlar bazasına işlənməsi,
- Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti,
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması

Tələblər

- Təhsil : Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar ixtisaslar )
- Təcrübə: Minimum 1-3 il (Müvafiq sahədə 1 il )
- Sertifikatlar: CİPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür
- Dil bilikləri: Azərbaycan Dili , İngilis dili , Rus dili
- İT üzrə biliklər: Microsoft Office və 1C

Texniki Bacarıqlar:

- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması

Səriştəlik:

- Məsuliyyətli,disiplinli,açıq fikirli
- Güclü analitik qabiliyyətlər,problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,təqdimat etmək bacarıqları
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik, Qərar almaq və İcra etmək

Əlavə məlumat:

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:30-dan 17:30-dək
- Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi