İnşaat Mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri

• Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;
• Tikinti ilə bağlı Dövlət qurumları ilə sənədləşmə işlərinin koordinasiya edilməsi;
• Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
• Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
• Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
• Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
• Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
• İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;

Tələb olunan göstəricilər:

• Ali təhsil;
• Sahə üzrə 3 illik iş təcrübəsi;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
• AutoCAD proqramını yaxşı səviyyədə bilmək.
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi;
• MS Office proqramlarından istifadə bacarığı.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “İnşaat Mühəndisi”, qeyd etməklə CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər.

AS Group Investment LLC tərəfindən digər vakansiyalar