İşin təsviri
İş barədə məlumat:
- Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi üçün imzaya təqdim olunması və onların qeydiyyatının aparılması;
- Arayış, xasiyyətnamə, xəstəlik vərəqələri, çıxarışlar, əmək haqqı (aylıq iş vaxtının uçot tabelinin (maliyyə şöbəsinə təqdim edilir), məzuniyyət cədvəlləri və s.), işçilərin gündəlik davamiyyət cədvəli və tələb olunan digər müvafiq sənəd və hesabatların hazırlanması, qeydiyyatı və onlara nəzarət edilməsi;
- A.R. Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparılması, bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsi və məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət;
- Şirkət-daxili proqram təminatına müvafiq məlumatların daxil edilməsi.
- Əmək kitabçalarının qəbulunu, əmrlər əsasında qeydlərin aparılaraq yazılmasını və saxlanılmasını təmin etmək;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasına lazımi dəyişiklikləri vaxtı-vaxtında daxil edilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması;
- İşçilərin giriş-çıxışını xüsusi proqram vasitəsilə nəzarətdə saxlamaq və uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək;
- İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
- Birbaşa rəhbərinin İR dair digər tapşırıqlarının yerinə yetirilməsi və İR ilə əlaqədar olan bütün məsələlərdə köməkliyin göstərilməsi.
Namizədə dair tələb olunan əsas təhsil, təcrübə və bacarıqlar:
- Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
- Kadr və sənədləşdirmə sahəsində ən azı 3 illik iş təcrübəsi olmalı;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı bilməli;
- ƏMAS (peşəkar iş təcrübəsi mütləqdir) sistemində, İSB portalında, və Məşğulluq dövlət orqanları ilə işləməyi və əməliyyatların aparılmasını bilməli;
- MS Office (Word, xüsusilə Excel, 1 C ) proqramlarında sərbəst işləmək bacarığı;
- Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə prosesini bilməli;
- İR idarəedilməsi, funksiyaları, prosedurları, normativ, metodik və digər rəhbər materiallar haqqında biliyə sahib olmalı;
- Kadrlarla bağlı bütün məlumatları və hərəkətləri 1C 8.3. proqramında aparmaq bacarığına malik olmalı;
- Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını bilməli;
- İnsan resurslarına dair hesabatları tərtib etmək səriştəsinə malik olmalı.
Digər bacarıqlar:
- Analitik düşünmə, dəqiqliyə və detallara diqqət etmək, işini planlaşdırmaq, nəticəyə fokuslanmaq, təzyiq şəraitində işləmək, çevik və dinamik iş mühitində işləmək bacarığına malik olmalı;
- Komandada işləmək, nizam-intizam qaydalarına hörmətlə yanaşmaq, güclü ünsiyyət, peşəkar etika, aktiv dinləmə, təşkilatçılıq, səlis nitq bacarıqlarına sahib olmalı;
- Operativ, məsuliyyətli, punktual, problemi həlletmə, etibarlı, dürüst olmalıdır.
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
BİZ TƏKLİF EDİRİK:
- İş qrafiki: 5 günlük iş həftəsi (şənbə/bazar istirahət) / iş saatları 09:00-18:00;
- AR Əmək qanunvericiliyinə əsasən rəsmi sənədləşdirmə;
- Əmək haqqı: Sınaq müddəti dövründə 1000 AZN (net). Sınaq müddətini uğurla keçdiyi halda Ə/H yenidən baxılacaq;
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu, “Renessans Palace”;
- Nahar (13:00 – 14:00) şirkət tərəfindən ödənilir;
- İş məqsədləri üçün mobil nömrə, danışıq vaxtı və internet paket.
Yuxarıda qeyd edilən tələblərə cavab verən maraqlı namizədlərdən öz şəkilli CV-lərini (Azərbaycan dilində), mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” başlığını yazmaqla, [email protected] e-ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.