Mühasib (Bakı)

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 13.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Müştərilər barədə Məlumat informasiya sistemindən məlumatların əldə edilməsi;
• Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarının hazırlanması;
• Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
• Təşkilatın ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsini, əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
• Təşkilatın filiallarında ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsinə nəzarət etmək;
• Mövcud qanunvericiliyə uyğun olaraq təşkilatın rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (Maliyyə üzrə arzuolunandır);
• RS Banking sistemi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 700-800 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.