Logistika və satınalma Meneceri

İşin təsviri

Tələblər:

• Logistika və satınalma sahəsində 5 il iş təcrübəsi
• Gömrük qanunvericiliyini bilmək
• Azərbaycan, Rus, İngilis dilində sərbəst danışıq mütləqdir.
• Ali təhsil mütləqdir
• Təşkilatcılıq bacariqları

Öhdəliklər

• Yerli Bazarda Sifarişlər və planlanma
- Məhsulların planlanması və sifarişi
- Ödənişlərin nəzarəti
- Qiymətlərin analizi
- Müqavilələrin bağlanması
- Xərclərin səmərəliyinin analizi
- Alışların planlanması
- Satınalma büdcələrinin hazırlanması və tenderlərın keçirilməsi

• İdxal Mal-Material Sifarişi və İdxal Prosesi
- Sifarişlərin planlanması
- İstehsalçılarla danışıqların aparılması
- Yeni istehsalçıların axtarışı və müqavilələrin bağlanması
- Malların Gömrükdə rəsmiləşdirilməsi və müvafiq sənədlərin toplanması
- Gömrük rüsümlarının hesablanması
- Malların anbara təhvil verilməsi və malların keyfiyyətinin yoxlanılması

• Beynəlxalq yük daşımaları
- Yük daşımaların sifarişi və lazımı sənədlərin toplanması
- Yük daşımaların koordinasiyası
- Yüklənmələrin planlanması və hesablanması

• Yeni açılan restoranların tədarükü
- Avadanlıqlarla təhciz edilməsi
- Ləvazimat təhcizatı
- Təmit-tikinti materialların təhcizatı

• Sertifikatların alınması
- AQTA – gigiyenik
- Baytarlıq
- Fitosanitar

İş Şərtləri

• CV-də minimum əmək haqqı gözləntilərivizi qeyd edin
• 6 günlük iş günü
• Iş qrafiki Bazar etrəsi – Cümə saat 10:00-18:00, Şənbə günü saat 10:00-16:00-dək
• Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Logistika və satınalma Meneceri” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər

İşəgötürənin reytinqi