Servis üzrə köməkçi

  • A+A Security
  • Elanın qoyulma tarixi: 10.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Yaranan texniki problemlərin təhlili, onların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması.
• Mikroproqram təminatının şablonları ilə iş, mikroproqram təminatının sifarişçinin tələblərinə uyğun sazlanması, məsafədən yenidən yükləmə və mikroproqram təminatına dəyişikliklərin edilməsi.
• Servis xidmətləri məsələləri üzrə müştərilərlə əlaqə və müştərilərə məsləhətlərin verilməsi.
• Yaranan problemlər istehsalçının səhvləri və ya şablon həllərdə qüsurlarla bağlı olduğu hallarda Xidmətlərin dəstəyi və inkişafı şöbəsi ilə əlaqə və birgə iş.
• GIS-platformanın inkişafı, səhvlərin aradan qaldırılması və müştərilərin ehtiyaclarının maksimum ödənilməsi məqsədi ilə GIS xidmətlərinin təchizatçısı ilə əlaqə.
• Layihə öncəsi şərtlər və tələbatların öyrənilməsində, texnoloji həllin hazırlanmasında, avadanlıq və aksessuarların seçilməsində və sınanmasında iştirak.
• Müqavilə formalarının hazırlanması.
• Layihələrdən, servis xidmətlərindən və müştərinin spesifik istəklərinə uyğun həllərin icrası.
• Müqavilələr və servis sifarişləri üzrə öhdəliklərin icrasının faktiki və formal başa çatdırılması, müştərinin göstərilən xidmətdən məmnunluqunu yoxlama.

Məşğulluq: Tam

Faydalar:

• 5 günlük iş rejimi (həftəlik 40 saatdan çox olmayan iş normasına əsasən)
• İldə 30 təqvim günündən az olmayaraq məzuniyyət günləri
• İcbari sığorta

Tələb olunan:

• Ən azı 1 il iş təcrübəsi
• Texniki biliklər
• Müştərilər ilə yazılı və şifahi ünsiyyət qabiliyyəti
• Microsoft Office proqramları üzrə biliklər (Word, Excel və s.)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Servis üzrə köməkçi göstərməyiniz xahiş olunur.