Mühasib köməkçisi

  • AZAQROTAXIL MMC
  • Elanın qoyulma tarixi: 08.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşçiyə qoyulan tələblər:

• Cinsi: Qadın (25-35 yaş)
• İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• MS Office, Logo Unity, Tiger Enterprise proqramlarını normal səviyyədə bilməlidir,
• Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalıdır;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil etmək və nəzarət etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Baş mühasibin və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 500 AZN
• İcbari sığorta
• İş vaxtı: 09.00 – 18.00 (həftə içi)

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Mühasib köməkçisi qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.