Camaşırxana şöbəsinin supervayzeri

  • Resant Group
  • Elanın qoyulma tarixi: 23.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Camaşırxananın fəaliyyətinə nəzarət edilməsi, həmin fəaliyyətin müəyyən edilmiş standartlara və təsərrüfat işləri üzrə müdirin təlimatlarına əsasən və ya onun köməyi ilə davam etdirilməsi üçün məsuliyyət daşıyır.
• İşlərin necə icra etmək lazım olduğunu yaxşı bilir və əlaqədar keyfiyyət meyarlarından xəbərdardır.
• Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
• Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
• Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
• Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
• Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
• Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
• Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
• Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır, lazım olarsa bu işlərdə özü də iştirak edir.
• Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir, camaşırxana işçilərinin də bu qurğu və avadanlıqları necə işlətməsinə nəzarət edir.

Namizədə qarşı tələblər:

• Ali və ya orta ixtisas təhsilli
• Camaşırxana və ya təmizlik sahəsində ən azı 5 illik iş təcrübəsi
• Stress altında işləmə bacarığı
• Kimyəvi maddələrlə işləmə bacarığı

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün;
• Əmək haqqı: 600-800 AZN (müsahibə zamanı təyin olunur)

Maraqlanan namizədlər mövzu yerində “Camaşırxana şöbəsinin supervayzeri” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi