Marketinq üzrə mütəxəssis

  • Bizim Kəndimiz
  • Elanın qoyulma tarixi: 19.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

• İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
• Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
• Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
• İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
• Müştərilərdən gələn sorğuları cavablandırır;
• Tizer və banner şəbəkələri ilə iş aparır;
• Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
• Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
• İstifadə olunan saytların effektivliyini təhlil edir;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
• Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

Namizədə tələblər:

• İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
• Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (market sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Uyğun və maraqlanan şəxslər CV-lərini mövzu (subject) hissəsinə “Marketinq üzrə mütəxəssis” başlığı altında [email protected] e-mail ünvanına göndərə bilərlər.