Mühasib

  • Bizim Kəndimiz
  • Elanın qoyulma tarixi: 24.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələri:

• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
• E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək;
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
• Daxili hesabatların hazırlanması və təqdim olunması;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
• Əmək haqqının hesablanması.

Namizədə tələblər :

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Retail sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
• Vergi Məcəlləsini bilməli;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.

Uyğun və maraqlanan şəxslər CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” başlığı altında [email protected] e-mail ünvanına göndərə bilərlər.