Vəzifə öhdəlikləri
- Sahədəki fəaliyyətlər üzrə direktor kimi fəaliyyət göstərmək və əyləncə proqramının hər gün düz işləməsinə nəzarət etmək, ərazinin təqdimatının keyfiyyəti, təmizlik, təhlükəsizlik və müştəri xidmətləri standartlarına uyğunluğunu və təqdim olunan əyləncələrin yüksək keyfiyyətli olmasını təmin etmək, təsisatların səliqəli işləməsinə mane olan hər hansı bir problemin həll yolunu araşdırmaq
- Fəaliyyət sahələrində işgüzar, ticarət və əməliyyat sahələrinin (ziyarətçi əraziləri, texniki sahələr, işçi sahələri) səmərəli idarə edilməsini təşkil etmək, şirkətin brend imicinə, standartlarına və qaydalarına uyğun problemsiz və gündəlik əməliyyat axınının təmin edilməsini təmin etmək
- Kassirlərin və xəzinənin funksiyalarının icrasına və vəzifələrinə nəzarət etmək, bütün pulların və digər ödəniş üsullarının etibarlı idarə olunmasını təmin etmək, yoxlamaları vaxtında aparmaq, problemləri həll etmək və müştərilərin ehtiyaclarını ödəmək üçün hər hansı bir problem yarananda bilet satış nöqtələrində olmaq
- Bütün fəaliyyət sahələrinin işləmə müddətlərini müəyyən edilmiş standartlarda planlaşdırmaq və idarə etmək, göstərilən xidmətin şirkət standartlarına tam uyğun olaraq həyata keçirilməsinə nəzarət etmək
- Qəfil ziyarətlər etməklə obyektlərin vəziyyətini yoxlamaq, obyektlərin işinə nəzarət etmək, fəaliyyətin yaxşılaşdırılmasından məsul işçilərə rəy vermək
- Bütün fəaliyyət sahələrinin maliyyə, büdcə və digər razılaşdırılmış hədəflərə cavab verilməsini təmin etmək
- Fəaliyyət sahələrinin maliyyə məlumatlarını izləmək və ziyarətçilərin sayı, qrup ziyarətləri, meyllər və digər məsələlər barədə hesabatlar hazırlamaq və inkişaf təkliflərini hazırlamaq.
- Qrup ziyarətlərini koordinasiya və nəzarətdə saxlamaq, satış şöbəsi ilə müəssisələrdə keçiriləcək ad günü tədbirləri, alış proseslərini yoxlamaq və təchizatçılara nəzarət kimi təqibiləri planlaşdırmaq.
- Müəssisənin F&B satış nöqtələrindəki və fəaliyyət sahələrindəki ticarət xərclərini izləmək, gəlirli məhsulları seçmək və satışa təqdim etmək, yeni məhsullarla məhsul çeşidləri və alternativləri hazırlanmaq
- Sponsorlar üçün statistika hazırlamaq və fəaliyyət sahəsinə gələnlərin sayı barədə hesabatlar hazırlamaq və fəaliyyətinin yaxşılaşdırılması üçün çalışmaq.
- Koordinatorların dəstəyi ilə şöbələrdə həyata keçirilən işlərin iş ortaqları qarşısında götürülən öhdəliklərə uyğun olub olmadığını yoxlamaq.
- Ziyarətçilərin səmərəli giriş və çıxışını, giriş və çıxış müddətlərini qısaltmaq və üstün keyfiyyətli xidmət göstərmək üçün insan və maddi resursların planlaşdırmaq və əlaqələndirmək
- Təminat, təhlükəsizlik və xidmət daxil olmaqla 100% funksionallıq baxımından müəssisənin istismarına nəzarət etmək, təsislərin rahat işləməsini üçün təhlükəsizlik, təmizlik sahələrindəki tətbiqetmələrin, materialların və avadanlıqların problemsiz işləməsini təmin etmək
- Baxım, əməliyyat, texniki və təhlükəsizlik, informasiya texnologiyaları və ümumi xidmətlər ilə əlaqədar profilaktik tədbirlərin həyata keçirilməsini təmin etmək
- Müştərilərin şikayət və tələblərinə vaxtında baxılıb yerinə yetirilməsini təmin etmək
- Şikayətlərdə göstərilən problemləri həll etmək və əks əlaqə yaratmaq üçün koordinatorlar, eduteynerlər, rəhbər və əyləncə heyəti ilə mütəmadi görüşlər keçirmək.
- Gündəlik əməliyyatların müştəri məmnuniyyəti standartlarına uyğun aparılmasını təmin etmək.
- Fürsət sahələrini müəyyənləşdirib biznes üçün inkişaf strategiyaları təmin etmək
- Fəaliyyət sahələrinin texniki istismarına nəzarət etmək və izləmək, gözlənilən və tələb olunan texniki işlərin planlaşdırmaq, idarə etmək və yuxarı rəhbərliyə hesabat vermək
- Fəaliyyət sahələri üçün satınalma istəklərinin planlaşdırılmaq və sahələrdən gələn alış istəklərinin hamısına uyğun olaraq təsdiqləmək
- Əməliyyat prosedurlarının hazırlanmasının təsdiqlənməsi və komandaların prosedurlar üçün müvafiq təlim almasını təmin etmək, təcrübələri yoxlamaq və izləmək.
- Məsuliyyəti altında olan menecerlərlə daim ünsiyyət quraraq komanda üzvlərindən ən yüksək səmərəliliyin alınmasını təmin etmək
- Mənfəətin maksimum dərəcədə artırılmasını təmin etmək üçün bütün iqtisadi və işçi qüvvəsi sahələrində xərclərə nəzarət tədbirlərinin həyata keçirilməsinə kömək etmək, Effektivliyi artırmaq üçün xərcləri azaltmaq planları hazırlamaq
- İş mühitini daim müşahidə edərək, mümkün problemlərin qarşısını əvvəlcədən almaq və birlikdə çalışması lazım olan bölmələr və ya əməkdaşları bir araya gətirmək
- Əməliyyat şöbəsi ilə İnsan Resursları arasında əlaqəli prosedur və sənədlərin düzgün işlənməsini təqib və nəzarəti etmək (illik məzuniyyətlər, köçürmələr, istefa və s.)
- Əməkdaşın / işçilərin davamiyyəti ilə əlaqəli aylıq və illik proqramları izləmək, İnsan Resursları şöbəsi ilə birlikdə işçi davamiyyətində olan problemləri araşdırmaq və tədbirlər hazırlamaq
- Əməliyyat qrupu daxilində karyera planları hazırlamaq və namizədlər üçün zəruri inkişaf planlarının hazırlanmasına və həyata keçirilməsinə nəzarət etmək.
- Gündəlik cədvəl və proqramların hazırlamaq, növbələrdə işçilərin iştirakını izləmək, zəruri hesabatların İnsan Resursları Şöbəsinə göndərmək
- Rəhbərlik qarşısında bütün fəaliyyət sahələri üzrə aylıq, rüblük və yekun illik hesabatlar vermək
Namizədə olan tələblər:
- Əyləncə və ya oxşar fəaliyyət sahələrində ən azı 5 illik təcrübə
- Əməliyyat və istismar təcrübəsi
- İşçi (təxminən 250 işçi) idarəetmə təcrübəsi
- Qruplara nəzarət və idarəetmə təcrübəsi
- Əməliyyatlar üzrə maliyyə, büdcə və işçi hesabatları hazırlamaq bacarığı
- Uşaqlarla iş təcrübəsinə üstünlük verilir
- Təhsil: Biznesin idarəedilməsi,Turizm, Psixologiya və bu kimi sahələr üzrə ali təhsil
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis (şifahi və yazılı)
- Şəxsi keyfiyyətlər: Ünsiyyət və münasibət qurma bacarıqları
- Problem həll etmə bacarığı
- Dinamik iş rejimində çalışma bacarığı
- Təşkilatçılıq bacarığı
- Liderlik bacarığı
- Komanda işinə meyllik
E-mail: [email protected]