Elektrik ustası

  • IMA Energy
  • Elanın qoyulma tarixi: 06.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barəsində məlumat

- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
- Baş Mühəndisin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
- Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili və həyata keçirilməsi
- Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.

Namizədə tələblər

- Elektrik sahəsində ali və yaxud da orta ixtisas təhsili
- Müvafiq sahə üzrə min 2-3 il iş təcrübəsi (neft qaz, zavod, platforma tikintisində iş təcrübəsi olanlara üstünlük veriləcək)

Məlumat

- İş yeri: Heydər Əliyev adına Neft Emalı zavodu
- Layihə müddəti: 5-6 ay
- Yemək, nəqliyyat və işçi geyimi şirkət tərəfindən qarşılanacaq. Yalnız tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

İş qrafiki - 6 günlük iş rejimi (Tam iş günü)
Əmək haqqı - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndiriləcək.

Tələblərə uyğun namizədlərin [email protected] e-mail ünvanına CV göndərməyini xahiş edirik.