Mühəndis (metal boru istehsalı üzrə)

  • Metak
  • Elanın qoyulma tarixi: 03.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

• Mövcud istehsal proseslərinin optimallaşdırılması;
• Dəqiq hesablanmış istehsal proseslərinin həyata keçirilməsi;
• Məhsul istehsalının ilkin mərhələsindən hazır məhsul mərhələsinə qədər texnoloji proseslərin hər birində iştirak etmə;
• Cizgi çəkmə qaydalarına riayət etmə və tələb olunan ölçüyə uyğun olaraq eskiz sənədlərinin hazırlanması;
• Avadanlıqların texniki baxışının nəzarətdə saxlanılması.

Tələblər:

• Təhsil: Ali (Sənaye mühəndisliyi/Metallurgiya);
• İş təcrübəsi: minimum 3-5 il (Mühəndis olaraq);
• Dil bilikləri: Azərbaycan, Rus.
• Metalın soyuq yayma prinsiplərini bilməli;
• Texniki sənədlərlə, çizgilərlə, AutoCad proqramında işləmə bacarığı;
• Planlama qabiliyyəti, yüksək təçkilatçılıq bacarığı
• İşgüzar ünsiyyət bacarığı.

İş şəraiti:

• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/20 və ya [email protected] ünvanına CV göndərərək 04.06.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.