Kredit Mütəxəssisi

  • Güvənli MMC
  • Elanın qoyulma tarixi: 02.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat :

1. Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
2. Kredit müraciətlərinin qəbulu və analizi;
3. Kreditlərin müvafiq prosedurlara uyğun olaraq rəsmiləşdirilməsi;
4. Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
5. Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
6. AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
7. Əmək haqqı: müsahibə əsasında + bonus verilir;
8. İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, Şənbə günü: 10:00-dan 16:00-dək.

Tələblər :

- Cins: Xanım namizədlər;
- Şəhər: Bakı,Quba,Xaçmaz,Gəncə;
- İş təcrübəsi: tələb olunmur;
- Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq;
- Əla ünsiyyət qura bilmək;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışmaq (rus dili bilməsi arzuolunandır).

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini [email protected] electron ünvanına “Kredit mütəxəssisi” və müvafiq şəhərin adını qeyd etməklə göndərə bilərlər.