Front-End Proqramlaşdırma müəllimi

  • Code Academy
  • Elanın qoyulma tarixi: 02.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


Biz sizə həftədə 4 günlük, gündə 4 saatlıq iş rejimi təklif edirik. İş saatları: 09:00-13:00 və ya 14:00-18:00 müddətindədir. Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən az 1 qrup, ən çox 3 qrupdur.

İşin təsviri və öhdəliklər:

● Tələbələrə aşağıdakı proqramlar üzrə bilikləri aşılamaq tələb olunur:
○ HTML5, CSS3 (SASS, LESS CSS precompilers) and CSS Frameworks;
○ JavaScript
○ JQuery
○ ReactJS library
○ SOAP & REST web services
● Code Academy və Microsoft kurrikulumunun tələb və qaydalarına əsasən tədris proqramını hazırlamaq və inkişaf etdirmək;
● Dərs və lab saatlarında vaxtında iştirak etmək və dərs materialına əsasən işləmək;
● Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək;
● Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək;
● Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələb olunan bilik və təcrübə:

● 3-4 il Proqramlaşdırma sahəsində iş təcrübəsinin olması;
● Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
● Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.

Əlavə olaraq aşağıdakıları bilməsi üstünlükdür:

● Microsoft Certified Professional olması
● Angular Framework bilikləri
● Dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər https://qlor.me/krgfz6wi  linkinə daxil olaraq müraciət edə bilərlər. Namizədlərdən GitHub hesab linkini CV-lərinə əlavə etməyi xahiş edirik. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.