İnsan resursları üzrə mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 25.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
• Məzuniyyət verilməsinin uçotunu aparmaq, məzuniyyəti qrafiklərini tərtib etmək, məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
• Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
• Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
• İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
• İnsan resursları departamentinə aid hesabatların tərtib və təqdim edilməsi.

Tələblər :

• Ali təhsil
• Yaş həddi: 25-40
• İnsan resursları sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
• Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
• MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli

Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “İnsan resursları üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi