Vəzifə öhdəlikləri
- Müvafiq sahədə icazə verilməsi üçün təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olduğu halda icazə sənədlərinin hazırlanması üçün tədbirlər görmək;
- İcazə obyektinin fotoşəkillərini müvafiq proqramlar vasitəsilə işləyib hazırlamaq;
- yerləşdirilməsinə icazə verilmiş obyektlərin uçotunun aparılmasında iştirak etmək;
- yerləşdirilməsi nəzərdə tutulmuş obyektlərin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunluğunu yoxlamaq;
- şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasında iştirak etmək;
- icazə müddətinin başa çatmasına 1 (bir) ay qalmış icazə sənədlərinin yenilənməsi istiqamətində müvafiq tədbirlər görmək;
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 1 illik analoji iş təcrübəsi
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Azərbaycan dilində səlis danışmaq,yazmaq,
- MS Office proqramları üzrə biliklər ;
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mütəxəssis (Şirvan)” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq