Sistem İnzibatçısı

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 15.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Microsoft, VMware firmalarının məhsulları haqqında bilik və təcrübəsi olmalı;
• Windows Server (2012/2016/2019) əməliyyat sistemlərində role-service və tool-ları qurulması və inzibatçılığını bacarmalı;
• Active Directory, Group policy, Exchange server 2016/2019 Mail sistemləri ilə iş təcrübəsi olmalı;
• Powershell və digər terminal alətlərdən istifadə bacarığı olmalı;
• Virtualizasiya texnologiyaları ilə təcrübə (əsasən VMware vSphere) olmalı;
• Sistemlərin müşahidə sisteminin qurulması, bildirişlərin emalı və proaktiv tədbirlərin görülməsini bilməli;
• WSUS patch-ların mütəmadi qurulumu ilə bağlı iş təcrubəsi. Patch idarəedilməsi dəqiqliyi və məsuliyyəti olmalı;
• Windows və Linux əməliyyat sistemlərində istifadəçilərin qarşılaşdığı xətaların kök səbəbini araşdırma bacarıqları olmalı;
• Sahə üzrə iş təcrübəsi ən azı 3 il olmalı.

İş haqqında:

• Serverlərdə proqram təminatının qurulması və işlək vəziyyətdə olmasını təmin etmək;
• İstifadəçilərin qeydiyyatı, istifadəçı adının və şifrənin müəyyən edilməsini təmin etmək;
• Server resurslarının istifadəsinə nəzarət etmək;
• Lokal (LAN) və qlobal (WAN) şəbəklərinə çıxışı sağlam şəkildə təmin etmək;
• Məlumatların vaxtaşırı ehtiyatlarının və kopyalarının yaradılmasını temin etmək;
• Server avadanlığının sıradan çıxması və ya nasazlığı olduqda sistemin bərpa edilməsinin təşkil etmək;
• Serverin və serverin əsasında çalışan xidmətlərin monitorinqini edər, infrastrukturun təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq.

İş yeri: Azərbaycan Sənaye Bankı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ``Sistem İnzibatçısı `` başlığı ilə göndərə bilərlər.

İşəgötürənin reytinqi