İbtidai sinif üzrə köməkçi müəllim

İşin təsviri

Tələblər:

- İbtidai sinif müəllimliyi və ya əlaqəli pedaqoji ixtisas üzrə Bakalavr dərəcəsi
- İngilis dili bacarığı (C1)

Öhdəliklər:

- Beynəlxalq Kembric kurikulumu üzrə şagirdlərin təlim-tədris və tərbiyəsi ilə məşğul olmaq
- Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
- Sinif rəhbərinə dərs və dərsdən kənar fəaliyyətlərdə sinfin idarə olunmasında yaxından kömək etmək
- Şagirdlərin sosial, emosional, fərdi və intellektual inkişafına təkan vermək
- Sinif rəhbərini və ya fənn müəllimini ehtiyac yaranarsa əvəz etmək

Namizəddə axtarılan xüsusiyyətlər:

- İxtisas üzrə ən azı 1 il iş təcrübəsi
- Pozitiv və effektli ünisyyət bacarıqları
- IELTS 7.0 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı)
- 6-10 yaşlı uşaqlarla işləmə bacarığı və həvəsi
- Beynəlxalq Kembric Kurikulumu (Cambridge International Primary Curriculum) və Milli Kurikulum üzrə məlumatlılıq
- İbtidai pillə üzrə müasir pedaqogika və metodologiyaları izləmək
- Məktəbin təlim-tədris və tərbiyə işinin təşkilində və sosial fəaliyyətlərinə öz töhfələrini vermək
- İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.)
- Özünü daim inkişaf etdirmə və öyrənmə həvəsi

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

• 500+ Universitet qəbul balı
• Bakalavr ixtisası üzrə yüksək qiymətlər
• Yüksək ingilis dili bacarığı
• Sahə üzrə təcrübəsi

Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/20-ibtidai-sinif-uzra-komakci-muallim

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən digər vakansiyalar