İT əməliyyatları şöbəsində Sistem inzibatçısı

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 15.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Windows və Linux sistemlərinin qurulması və sazlanması;
- Sistemin saxlanılması, sistemin ehtiyat nüsxələrinin yaradılması, sistemin məhsuldarlığının monitorinqi
- Sistemlərə texniki dəstək və istifadə təlimatların hazırlanması, sistemlərin modernləşdirilməsi, yenilənməsi və miqrasiyası;
- Sistemin təhlükəsizliyinin qorunması;
- Bütün sənədlərin sistem tələblərinə uyğun hazırlanması və vaxtaşırı qiymətləndirilməsi, testlərin keçirilməsi.

Tələblər:

- Windows sistemlərini MCP və Linux sistemlərini RHCE səviyyəsində bilmək;
- Bash və PowerShell scripting ilə təcrübə;
- Active Directory, MS Exchange quraşdırma, konfiqurasiya və xidmət göstərilməsi üzrə təcrübə;
- Saxlanc və yedək cihazları ilə təcrübə;
- VMware və Hyper-V virtualizasiya mühitlərinin layihələndirilməsi, həyata keçirilməsi və dəstəklənməsi təcrübəsi;
- Kompüter şəbəkələri haqqında ümumi biliklər (TCP/IP, HTTP/HTTPS, Load Balancers, Proxies);
- İstehsalat serverlərində xidmətlərin yaradılması və monitorinqin aparılması;
- Əla təşkilatçılıq, analitik və müstəqil problem həll etmə bacarıqları.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi