Oracle DB Administrator

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 15.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;
- Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
- Verilənlər bazalarını müntəzəm şəkildə idarə etmək üçün avtomatlaşdırma metodlarının təkmilləşdirilməsi;
- Verilənlər bazasının mövcudluğunu və performansını artırmaq üçün monitorinq prosedurlarının tətbiqi;
- Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi;
- Verilənlər bazası və digər İT infrastruktur proyektləri ilə əlaqəli komplex problemlərin həlli və planlanmasında fəal iştirak;
- Müvafiq texniki sənədləşməsinin yaradılması və müşayiəti;
- Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;
- Şirkətin struktur bölmələrinin istifadəçiləri və texniki mütəxəssisləri ilə qarşılıqlı əlaqə.

Vəzifəyə tələblər:

- Kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə bakalavr və ya magistr dərəcəsi;
- Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
- Oracle DB arxitekturası üzrə yüksək bilik;
- Verilənlər bazası optimallaşdırması və SQL tuning üzrə təcrübə;
- Oracle məhsul və texnologiyaları üzrə yüksək bilik və iş təcrübəsi(RAC, ASM, Data Guard);
- Oracle (High Availability) həlləri üzrə biliklər;
- “Oracle fəlakət” (Disaster Recovery) bərpa həlləri üzrə biliklər;
- Bərpa əməliyyatları haqqında yüksək bilik;
- UNİX/ Linux əməliyyat sistemləri üzrə yüksək biliklər;
- Güclü problem həll etmə, analiz bacarıqları;
- SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
- OCA, OCP, OCM sertifikatları;
- Yaxşı səviyyədə Rus dili biliyi, Inglis dili biliyi arzuolunandır;
- Yüksək analitik düşüncəyə sahib olmalı;
- Effektiv kommunikasiya bacarıqlarına sahib olmalı;
- Komandada işləmə bacarığı;
- İşləri düzgün planlaşdırma qabiliyyətinə sahib olmalı;
- Alqoritmik düşüncə tərzi;
- Özgə kodu anlama bacarığı;
- Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi