Mebel üzrə istehsalat müdiri

  • Retail Company
  • Elanın qoyulma tarixi: 13.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər

• Fabrik işinin təşkili və idarə edilməsi.
• İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
• Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və fabrik işçilərini daimi məlumatlandırmaq;
• Fabrikdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
• Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
• Aylıq qoyulan istehsal planını icra etmək;
• Rəhbərliyə hesabatları hazırlayıb təqdim etmək.

Namizədə dair tələblər

• Ali təhsil;
• Minimum 5 il istehsalat sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Ezamiyyətlərə getmə imkanı olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Uyğun namizədlər CV ilə [email protected] ünvanına müraciət edə bilərlər.