Daxili Auditor

  • Elanın qoyulma tarixi: 13.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkət apteklərinə audit vizitlərinin , gizli alıcılığın keçirilməsi;
• Şirkət tərəfindən təyin edilmiş ölkə daxili ezamiyyətlərə gedilməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
• Audit viziti zamanı qarşılaşılan problem və situasiyaların analiz edilməsi;
• Audit vizitinin son nəticəsi barədə hesabatın rəhbərliyə təqdim edilməsi.

Tələblər:

• Yaş həddi 20-35
• Ezamiyyətlərə gedə bilmə və növbəli rejimdə işə çıxa bilmə;
• Tibbi ali və ya orta təhsil, iqtisadi, maliyyə, mühasibatlıq və ya digər analitik ixtisaslar üzrə ali təhsil;
• Aptek satış və ya bənzər sahədə təcrübə və ya audit təcrübəsi arzuolunandır;
• Məlumatların məxfiliyinin qorunub saxlanma bacarığı;
• MS Office proqramlarından istifadə bacarığı;
• Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq etmə bacarığı;
• Analiz etmə qabiliyyəti;
• Problemlərə səbrlə yanaşma bacarığı;
• Peşəkar inkişafa meyillilik;
• Komanda şəklində işləmək qabiliyyəti;
• Ünsiyyətcil və əlaqələr qurmaq bacarığı;

İş şəraiti:

• İş qrafiki: həftə içi 5 gün 9:00 - 18:00, şənbə günü 9:00-14:00.
• Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
• İş yeri: Bakı şəhəri, Nərimanov ray, Əhməd Rəcəbli küç (Şəki restoranının yaxınlığı)

Maraqlanan namizədlərdən mövzu hissəsində Məlumat mərkəzi “Daxili Auditor” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.