Əsas vəzifə öhdəlikləri:
• Mütəmadi olaraq müvafiq şirkətləri müəyyən etmək və təklif məktubları göndərmək
• Müştərilərə yeni məhsullar, kampaniyalar haqqında mütəmadi olaraq məlumat vermək;
• Müştəri bazasına malik olmaq və daima həmin bazanı yeniləmək və genişləndirmək
• Korporativ müştərilərlə bağlı qarşıya çıxan məsələləri vəzifə səlahiyyəti çərçivəsində həll etmək;
• Korporativ müqavilələrin hazırlanmasını və imzalanmasını təmin etmək;
• Korporativ görüşlərə “Barattson Company” profili üzrə tədqimat materialları ilə getmək;
• Korporativ təkliflərin məzmunu və ya təfərrüfatlarını müvafiq bölmələrdən məlumat alaraq hazırlamaq;
• Korporativ müştərilərin ödənişlərinə ümumi nəzarət etmək və ödənişlərin vaxtında ödənilməsini təmin etmək.
• Müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq;
Əsas tələblər:
• Ali təhsil
• B2B satış üzrə azı 3 il iş təcrübəsi
• Kommersiya işlərinin hazırlanması və sonlandırılması prosedurunu bilməli
• Danışıqların aparılması qaydalarını, iş etikasını bilməli, ona riayət etməli və xarici görünüşünə qarşı hər zaman səliqəli olmalı.
• Dil bilikləri: Azərbaycan dili-səlis, Rus dili-səlis, İngilis dili- “upper intermediate” səviyyəsi.
• Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını xüsusilə Word, Excel, Power Point yaxşı bilmək
• İnsanları inandırma bacarığı
• Çevik işləmək bacarığı
Əmək haqqı: 800 AZN + hədəfə görə bonus.
İş qrafiki: standart olaraq altıgünlük (hazırda karantinlə bağlı beşgünlük)
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Korporativ satış bölməsinin meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi: 25 aprel 2021 ci il.