Aşbaz

İşin təsviri

Əmək haqqı: Xidmət müqaviləsi ilə vergilər daxil 400-450 AZN müəyyən edilir və bank kartına rəsmi olaraq ödənilir.

İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası

Tələblər:

1. Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
2. İşində məsuliyyətli və ciddi olmalı;
3. Təmizliyə xüsusi diqqət yetirməlidir;
4. Ancaq Sumqayıt şəhərində yaşayanlar müraciət edə bilər.

İş haqqında məlumat:

1. Yalnız Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçiləri üçün yemək hazırlayacaq. 15-20 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir;
2. Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40-50 nəfərlik yemək hazırlanır;
3. İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir;
4. Aşbazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir;
5. Qabların yuyulması və istehsalat sahəsindəki yeməkxananın təmizlənməsi aşbazların məsuliyyətindədir;
6. Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
7. Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir.

İşçi üçün şərait:

1. İş saatı 09:00-17:00;
2. Nahar yeməyi və aşbazların geyimi firma hesabına təmin edilir;
3. İstirahət günü - Bazar günləri;

CV-nizi mövzu yerində “Aşbaz” qeyd etməklə [email protected] email ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67