Qartal firmasında tikinti obyekti üzrə sahə rəisi - İnşaatçı mühəndis

İşin təsviri

Əmək haqqı: 700-1500 AZN

Tələblər:

1. Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
2. İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
3. Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
4. İngilis dilini bilməsi arzuolunandır;
5. Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
6. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
7. B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

İş haqqında məlumat:

1. SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə rəhbərlik edilməsi;
2. Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
3. Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
4. İşlərin yüksək Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
5. Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.

İşçi üçün şərait:

1. SOCAR-ın neft platformasında işlədikdə maksimum 1 ay müddətinə dənizə ezam ediləcək. 1 ay bitdikdən sonra istirahət üçün ofisə dönəcək, lazım olarsa növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək;
2. Dənizdə neft platformasında işlədiyi günlər üçün razılaşdırılmış əmək haqqına 20% əlavə ödəniş ediləcək;
3. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
4. Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
5. Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
6. İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Baza günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini [email protected] e-mail adresinə, mövzu hissəsində “Qartal firmasında tikinti obyekti üzrə sahə rəisi - İnşaatçı mühəndis” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67