Tələblər:
- Yaş həddi 18 – 25 yaş;
- Komandada işləmək bacarığı;
- Dil bilgisinə ehtiyac yoxdur;
- Mətbəx sahəsində 2 il iş təcrübəsi.
İş haqqında məlumat:
- Hər gün stabil olaraq mətbəxin təmizlik işleri;
- Günlük hazırlanan və müştəriyə verilən yeməklərin dizayn ve düzülüşü;
- Yeməklərin hazırlanması zamanı Aşbazlara kömək etmək;
- Hazırlanacaq yeməklərə uyğun olaraq tərəvəzlərin təmizlənməsi;
- Restorana veriləcək yeməklərin qablaşdırılması;
- Yemək nümunələrinin düzgün və doğru şəkildə saxlanılması;
- Aşbaza lazım olan ərzaqların zamanında və düzgün şəkildə doğranması;
- Ehtiyac zamanı anbardar lazım olan ərzaqları təmin etmək.
İş rejimi və qaydası:
- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Aşbaz (Commis)” qeyd olunmalıdır) göndərə bilərlər.