Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 15.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər

• Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkil edilməsi;
• Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
• Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi;
• Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
• Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

Tələblər

• Ali təhsil;
• Məsuliyyətlilik;
• Operativlik;
• Qərar qəbuletmə bacarığı;
• Kollektivdə işləmə bacarığı;
• Müştərilərlə danışma qabiliyyəti;
• Microsoft Office proqramları üzrə biliklər.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi