Baş Aşpaz

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 14.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Müvafiq sahə üzrə peşə təhsili;
• Yaş aralığı: 30-50;
• Kişi namizədlərə üstünlük verilir;
• Korporativ mühitdə və gündəlik 300-350 nəfərlik staffa yemək hazırlanması üzrə minimum 3-5 il iş təcrübəsi;
• Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
• Milli mətbəxi peşəkar səviyyədə bilməli;
• Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
• Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
• İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;

Vəzifə öhdəlikləri:

• Mətbəxin işini təşkil etmək və işçi heyətini idarə etmək;
• Menyunun hazırlanmasında iştirak etmək;
• Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlanması sahəsində olan yenilikləri, həmçinin, yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək;
• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
• Təsdiq olunmuş maliyyə büdcəsinə uyğun olaraq lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
• Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək;
• Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.
• Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etmək;
• Mətbəxlə bağlı vaxtaşırı keçirilən sorğu əsasında şikayət və narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək, verilən təklifləri nəzərdən keçirmək;
• Vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək;

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• İş vaxtı: 09:00-dan 18:00-dək;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Baş aşpaz” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.